Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə aşkar edilib  

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub

“Report” xəbər verir ki, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Bundan sonra vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi bir ədəd idman çantası və kiçik həcmli əl çantası yoxlanılıb.

Yoxlama nəticəsində vətəndaşın idman çantasında konfet qutusunun içərisində bir ədəd sellofan bükümdə gömrük nəzarətindən gizlədilən 0,5 qram ağ, kristal formada psixotrop maddə- metamfetamin, əl çantasında isə 1 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı-düz bağırsağında gömrük nəzarətindən gizlədilən 218 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 32 qram ağ, kristal formada psixotrop maddə-metamfetamin aşkarlanıb.

Qeyd edək ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: Narkotik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

Ən çox oxunanalar